Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov tələbə adını qazanan abituriyentləri təbrik edib:
"Dövlət İmtahan Mərkəzi 2021-2022-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə ali məktəblərə ixtisas seçimi ilə bağlı nəticələri elan edib.
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olan abituriyentlərin timsalında bütün tələbələri, onların valideynlərini və müəllimlərini ürəkdən təbrik edirəm. Onlara həyatlarının yeni mərhələsində daim uğurlar diləyirəm. Tələbələri seçdikləri ixtisaslar üzrə özlərini inkişaf etdirməyə, elm öyrənməyə həvəsli olmağa səsləyir, onlara elmə dərindən yiyələnən, bacarıqlı, zəngin dünyagörüşlü, milli-mənəvi dəyərlərə bağlı və cəmiyyətə layiqli şəxsiyyət kimi yetişməyi arzulayıram".